Çərşənbə, 09 Aprel 2025 10:40

“AzerGold” QSC və “Frontier Works Organization” şirkəti arasında birgə əməkdaşlıq haqqında sənədlər imzalanıb

Aprelin 8-də “AzerGold” QSC və Pakistan İslam Respublikasının “Frontier Works Organization” şirkəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

Dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlığın qurulması məqsədilə imzalanan sənədlərə əsasən, tərəflər arasında Azərbaycan, Pakistan, eləcə də digər ölkələrin ərazilərində faydalı qazıntı yataqları ilə bağlı mövcud geoloji məlumatların öyrənilməsi, birgə geoloji kəşfiyyat proqramları, mədən layihələrin icrası ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin sənədlərdə məlumat və təcrübə mübadilələrinin aparılması, qarşılıqlı səfərlərin davam etdirilməsi ilə bağlı tərəflər öz niyyətlərini ifadə ediblər.

Read 37 times Last modified on Cümə axşamı, 10 Aprel 2025 10:46