Çərşənbə, 08 May 2024 17:42

Ankarada Azərbaycanın Baş nazirinin və Türkiyənin Vitse-prezidentinin həmsədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezident Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış etdilər.

Read 159 times