Çərşənbə, 22 May 2024 14:41

Vaşinqtonda 8-ci Trans-Xəzər Forumu keçirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən 8-ci Trans-Xəzər Forumu keçirilib.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Orta Dəhlizin inkişaf etdirilməsi məsələsinə həsr olunmuş forumda ABŞ rəsmiləri, səfirlər, diplomatlar, biznes nümayəndələri, akademiklər və ekspertlər iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycanın Orta Dəhlizlə bağlı çoxtərəfli, üçtərəfli və ikitərəfli formatda iş apardığını bildirib. Səfir qeyd edib ki, Orta dəhliz tarixi İpək yolunun bir hissəsidir.

Read 277 times