Bazar ertəsi, 27 May 2024 18:09

Azersu və Profecto şirkətlərinin nümayəndələri arasında görüş keçirilib

Azərsu ASC və Latviyanın Profecto şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Azərsu ASC Mərkəzi Laboratoriyasının direktoru Elçin Əliyev bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

Azərsu ASC Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. "Azərsu" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Səhmdar Cəmiyyət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir.

Profecto texniki tələblərin və bu tələblərin İT proqram həllərinə tərcüməsi sahəsində ixtisaslaşmışdır. Profecto həm iş adamları, həm də İT təchizatçıları ilə biznes ehtiyaclarına cavab verən həllər üzərində işləyir. Şirkət irimiqyaslı veb əsaslı layihələrdə 20 illik təcrübəyə malikdir.

Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 515 times Last modified on Bazar ertəsi, 27 May 2024 14:13