Cümə, 31 May 2024 18:19

CJ ICM Azərbaycan TransLogistica Caspian 2024 sərgisində iştirak edəcək

CJ ICM Logistics 4-6 iyun tarixlərində Caspian Event Organisers MMC tərəfindən təşkil olunan TransLogistica Caspian 2024 sərgisində iştirak edəcək. Bu barədə Caspian Energy Media-ya CJ ICM Logistics-dən bildirilib.

Xidmətlər sərgidə 3 gün ərzində 2T440 nömrəli stenddə ziyarətçilər üçün sərgilənəcək.

CJ ICM Logistics əlli ildən artıq sübut edilmiş təcrübəyə və müəyyən edilmiş sahə imkanlarına malik aparıcı beynəlxalq logistika xidmət təminatçısıdır. CJ-ICM Azərbaycan bütün növ daşınmalar və həmçinin gömrük rəsmləşdirməsi üzrə xidmətlər göstərir.

Read 290 times Last modified on Çərşənbə axşamı, 04 İyun 2024 07:12