Cümə, 07 İyun 2024 16:32

VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub

1-3 may tarixlərində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyasının 78-ci sessiyasının sənədi kimi dərc olunub.

Bu barədə Caspian Energy Media mədəniyyət nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü BMT-nin Baş katibinin çıxışlarında və bu təşkilatın rəsmi sənədlərində mədəniyyətlərarası dialoqa dair vacib qlobal təşəbbüs kimi yüksək qiymətləndirilib. Bu, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikasının dünyada sülhə, əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunmasının sübutudur.

Daha ətraflı

Read 312 times Last modified on Cümə, 07 İyun 2024 13:06