Bazar ertəsi, 10 İyun 2024 15:52

Regionlarda “KOB FEST” sərgi-satış yarmarkaları keçiriləcək

Mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin satışına dəstək məqsədilə 2024-cü il ərzində ölkə regionlarında sərgi-satış yarmarkaları – “KOB FEST”lər keçiriləcək.

Caspian Energy Media KOBİA-ya istinadən xəbər verir ki, yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar iyunun 28-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Göygöl” qeyd olunmalıdır).

Daha ətraflı

Read 225 times