Bazar ertəsi, 10 İyun 2024 17:36

Ağdam Sənaye Parkında yeni rezident

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə - "Caltech" MMC-yə rezidentlik statusu verilib.

Caspian Energy Median Agnetliyə istinadən xəbər verir ki, şirkət tərəfindən mikronlaşdırılmış və örtülmüş kalsit istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 3,7 milyon manat olan müəssisədə 30 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Read 258 times