Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Caspian Energy Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Baş Assambleyanın inzibati sessiyasında 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli seçilib.