Cümə, 21 İyun 2024 12:10

Energetika Nazirliyində Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra arasında görüş olub. Görüşdə Azərbaycanla Aİ-nin enerji tərəfdaşlığı və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, söhbət zamanı Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (DG ENER) COP zamanı birgə tədbirlərin keçirilməsi təklifləri də nəzərdən keçirilib, BƏƏ Konsensusunun irəliyə aparılmasında və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanla sıx əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Daha ətraflı

Read 189 times