Bazar ertəsi, 24 İyun 2024 12:23

Azərbaycanda ağıllı axtarış aparan süni intellekt məhsulu hazırlanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Startap” şəhadətnaməsi almış “Ainuverse” MMC-nin startapı - “AinuVision” proqram təminatı da olduqca maraqlı süni intellekt məhsullarından biridir. Layihənin yaradıcısı MMC-nin təsisçisi və icraçı direktoru, süni intellekt üzrə mütəxəssis, ABŞ Kommersiya Departamentinin Standartlar və Texnologiya üzrə Milli İnstitutu (NIST) tərəfindən keçirilən, 400-dən çox nüfuzlu xarici şirkətin iştirak etdiyi müsabiqədə dünyanın 8-ci üztanınma alqoritminin müəllifi seçilən azərbaycanlı gənc Orxan Həsənlidir.

Layihə haqqında məlumat verən O.Həsənli bildirib ki, “AinuVision” proqram təminatı süni intellekt texnologiyasından istifadə etməklə video məzmunun idarə edilməsi və əldə olunması üsullarını asanlaşdırır, nəticədə vaxta və resurslara qənaət edilir.

Daha ətraflı

Read 330 times Last modified on Bazar ertəsi, 24 İyun 2024 08:29