Bazar ertəsi, 24 İyun 2024 16:38

Grand CEO Cocktail keçiriləcək

İyunun 28-də “Caspian Energy Club” və “Avtolüks Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə Grand CEO Cocktail baş tutacaq. Bu barədə “Caspian Energy Group”un Baş İcraçı Direktorunun müavini Eldar Maqsumov bildirib.

Tədbirdə “Avtolüks Azərbaycan” şirkətinin distribütor olduğu avtomobil brendlərinin (Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional, Jeep, Jaguar, Range Rover, Discovery və Defender) təqdimatı keçiriləcək.

“Ümidvaram ki, görüş bütün iştirakçılar üçün məhsuldar keçəcək. Tədbirin əsas məqsədi zəngin networking mühiti yaratmaqdır, və buna növbəti dəfə uğurla nail olacağımıza inanıram”, - deyə Eldar Maqsumov bildirib.

“Azərbaycanın avtomobil bazarında 10 ildən artıq dünyanın ən nüfuzlu avtomobil brendlərini layiqincə təmsil edən “Avtolüks Azərbaycan” MMC müştərilərinin rəğbətini qazana bilmişdir. Müştərilərimizə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməyi və eyni zamanda etibarlı və güvənilən bir tərəfdaş olmağı hədəf seçmişik. 28 iyun tarixində keçirilməsi nəzərdə tutulan təbdirdə əsas məqsədimiz insanların brendlərimizlə və şirkətimizlə daha yaxından tanış olmalarına şərait yaratmaqdan, məhsullarımız və kampaniyalarımız barədə məlumatlandırmaqdan ibarətdir. İnanıram ki, tədbir qarşılıqlı olaraq faydalı olacaqdır və yeni əməkdaşlıqlara yol açacaqdır”, - deyə “Avtolüks Azərbaycan” MMC-nin  Müşahidə Şurasının sədri Yaşar Nağıyev bildirib.

Read 203 times Last modified on Cümə axşamı, 27 İyun 2024 09:00