Çərşənbə axşamı, 25 İyun 2024 14:25

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 263 920,2 min manat təşkil edib, bu da illik müqayisədə 1,3% azdır.

Caspian Energy Media APA-ya istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 9 664 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,72% çoxdur. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 7 267,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 0,3% çoxdur.

Read 331 times Last modified on Çərşənbə axşamı, 25 İyun 2024 10:35