Cümə axşamı, 27 İyun 2024 10:05

Elnur Soltanov "H2-diplo - Dekarbonizasiya Diplomatiyası" təşəbbüsü çərçivəsində təşkil edilmiş tədbirdə çıxış edib

İyun ayının 25-də energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Almaniyanın Xarici İşlər Nazirliyinin "H2-diplo - Dekarbonizasiya Diplomatiyası" təşəbbüsü çərçivəsində GIZ tərəfindən təşkil edilmiş tədbirdə açılış nitqi ilə çıxış edib.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, çıxış zamanı COP29-un ev sahibi kimi Azərbaycanın strateji planları və təşəbbüsləri, enerji günündə həyata keçirilməsi planlanan tədbirlər haqqında məlumat verib. Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edilib və Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, eyni zamanda yaşıl hidrogenin ixrac imkanlarının araşdırıldığı vurğulanıb.

Daha ətraflı

Read 195 times Last modified on Cümə axşamı, 27 İyun 2024 06:19