Çərşənbə axşamı, 02 İyul 2024 09:53

Azərbaycan və Pakistan nazirləri İtaliyada görüşüb

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüş keçirib.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüşdə enerji sahəsində əməkdaşlığın inkişafında Enerji üzrə Birgə İşçi Qrupunun fəaliyyətindən bəhs edilib. Pakistana uzunmüddətli LNG təchizatı üzrə imzalanmış müqavilənin icrası, eləcə də COP29 çərçivəsində əməkdaşlıq və qlobal enerji keçidini təmin edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Read 204 times Last modified on Çərşənbə axşamı, 02 İyul 2024 11:24