Çərşənbə, 03 İyul 2024 10:56

Aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

2024-cü ilin iyun ayında Bakı metropolitenindən 18 milyon 105 min 185, o cümlədən 518 min 603 güzəştli sərnişin istifadə edib. Orta statistik hesabla gün ərzində metropolitenə 603 min 506 sərnişin daxil olub.

Caspian Energy Media “Bakı Metropoliteni”nə istinadla xəbər verir ki, postpandemiya dövründə ilk dəfə tarixi nailiyyət qeydə alınıb. Metropoliten tarixində ən rekord sayda sərnişin daşınmış 2019-cu ilin bir aylıq göstəricisindən daha çox sərnişin daşınıb. İlin 6-cı ayının daşıma göstəriciləri əvvəlki illərin eyni ayları ilə müqayisədə də kifayət qədər çoxdur: 2022-ci ildən 2.3 % və 2023-cü ildən 15 % çox.

Daha ətraflı

 

Read 339 times Last modified on Çərşənbə, 03 İyul 2024 07:30