Cümə, 05 İyul 2024 12:27

AZTAF çərçivəsində reallaşdırılan layihənin yekun tədbiri keçirilib

İyulun 3-də Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan Azərbaycanda Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsinin “Enerji Effektivliyi Fondu və Binalar üçün Milli Renovasiya Proqramı” mövzusunda yekun tədbir keçirilib.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, layihə çərçivəsində 2 və 4 iyul tarixlərində bilik və bacarıqların artırılması məqsədilə “Enerji Effektivliyi Siyasəti və Proqramlar. Milli Renovasiya Proqramına dair yol xəritəsi” və “Enerji effektivliyi investisiyalarının strukturlaşdırılması və təhlil” mövzularında Nazirliyin əməkdaşları üçün seminarlar keçirilib.

Read 189 times