Bazar ertəsi, 08 İyul 2024 16:23

Dövlət Xidmətində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş katibinin müavini ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş katibinin müavini Silvio Dulinski ilə görüş keçirilib.

Caspian Energy Media İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadla xəbər verir ki, görüşdə standartların dünya iqtisadiyyatında rolu, ölkəmizdə beynəlxalq standartların tətbiqi, eləcə də standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı həmçinin ISO-nun keyfiyyət təminatı sahəsində siyasəti, qurum çərçivəsində qarşılıqlı əlaqələrin gələcək perspektivləri, beynəlxalq standartların təşviqi, eləcə də təşkilatın illik iclası və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı

Read 202 times