Bazar ertəsi, 08 İyul 2024 17:50

Azərbaycanla Səudiyyə Ərəbistanı "yaşıl enerji" əməkdaşlığını müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı "yaşıl enerji"yə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçiriblər.

Caspian Energy Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr energetika naziri Pərviz Şahbazovla birlikdə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirilən görüşdə baş tutub. Tərəflər energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi barədə fikir mübadiləsi aparıb.

Read 234 times