Bazar ertəsi, 08 İyul 2024 18:00

Sahibkarlar və dövlət orqanları arasında növbəti görüş baş tutacaq

İyulun 16-da “Caspian Energy Club”ın təşkilatçılığı ilə növbəti “B2G Forum” keçiriləcək. Bu barədə “Caspian Energy Club”ın Sədri və Qrupun Baş craçı Direktoru Telman Əliyev bildirib.

Qeyd edək ki, forumda fəxri qonaq qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev iştirak edəcək.

Biznes-dövlət dialoqunu təşviq etmək məqsədilə təşkil olunan “B2G Forum” formatlı tədbirlər əsnasında şirkət nümayəndələrinin sualları cavablandırılır, təklif və rəyləri dinlənilir.

Read 440 times Last modified on Bazar ertəsi, 08 İyul 2024 14:13