Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti C.Baydenin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib.
Caspian Energy Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rəsmi “X” hesabında bildirib.
“İşgüzar səfərim çərçivəsində POTUS-un ev sahibliyi etdiyi NATO-nun 75 illik yubiley tədbirinə qatılmağa şadam. SNT proqramı çərçivəsində faydalı əməkdaşlıq etdiyimiz NATO-nun 75-ci ildönümündə biz beynəlxalq təhlükəsizliyə töhfə vermək üçün tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”,- deyə nazir qeyd edib.