Cümə, 12 İyul 2024 16:15

4SİM müsabiqə elan edib - qalibləri 300,000 İsveçrə frankı olan mükafatı gözləyir

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM)  Dünya İqtisadi Forumunun (DİF) müvafiq platformaları ilə əməkdaşlığı çərçivəsində  yerli startapları və innovatorları DİF-in Resurs Sistemləri və Dayanıqlıq Proqramı və UpLink platformasının elan etdiyi qlobal karbon çağırışında iştirak etməyə dəvət edirik.

Caspian Energy Media 4SİM-ə istinadla xəbər verir ki, yarışma iştirakçıları tutulan karbon qazının təkrar istifadəsi və emalı üçün öz həllərini təklif etməlidir. İqtisadiyyatın karbonsuzlaşdırılması və Sıfır emissiyaya nail olmaq üçün Dairəvi Karbon İqtisadiyyatı strategiyasına uyğun olaraq bu çağırış 3 istiqamətdə həllərə açıqdır:

- Karbon tutma texnologiyaları (dəyər zəncirinin aşağı hissəsində karbonun istifadəsini dəstəkləyən həllər)

- Karbondan təkrar istifadə üçün proqramların yaradılması (yanacaq, kimya və tikinti materialları kimi sektorlarda)

- Sənaye inteqrasiyası həlləri (karbon tutma və təkrar emalı üçün sənaye obyektlərini təkmilləşdirən həllər)

Daha ətraflı

Read 345 times