100 faiz elektriklə işləyən “uçan taksi” layihəsində ilk sifarişlərin 2026-cı ildə Səudiyyə Ərəbistanına çatdırılması planlaşdırılır.
Caspian Energy Media “euronews”a istinadla xəbər verir ki, Lilium, verilən sifarişlərdən 50-nin son alış üçün razılaşdırıldığını, digər 50 sifariş üçün isə sonradan satın alma variantının olduğunu söylədi.
Dörd-altı oturacaqla dizayn edilən avtomobillərdən birincisinin 2026-cı ildə Səudiyyə donanmasına qoşulacağı gözlənilir.