Çərşənbə axşamı, 23 İyul 2024 17:00

Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur

UNESCO-nun ən vacib tədbirlərindən hesab edilən Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası bu il, iyulun 21-31-də Hindistanın paytaxtı Nyu Dehlidə keçirilir.

Tədbirdə Mədəniyyət Nazirliyini nazir müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. İyulun 21-də baş tutan Sessiyanın rəsmi açılış mərasimində UNESCO-nun Baş direktoru, Hindistanın Baş naziri və digər yüksək səviyyəli rəsmilər çıxış etdi.

Bu barədə Caspian Energy Media Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 377 times