Çərşənbə, 24 İyul 2024 15:16

29 İqlim Söhbəti: COP29-a gedən yol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində "Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda seminar öz işinə başlayıb.

Caspian Energy Media nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, BƏT-lə birgə təşkil olunan hazırki seminarın sahibkarlar və həmkarlar təşkilatları, digər maraqlı tərəflərin COP29-a töhfə vermək üçün birgə səylərinin güclənməsinə, həmin ən mötəbər, nüfuzlu qlobal tədbirə hazırlıq və təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqinə və digər mühüm hədəflərə xidmət edir.

Daha ətraflı

 

Read 324 times