Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, Komissiyanın sədri energetika naziri Pərviz Şahbazov Sərəncamın icrası ilə bağlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komissiya qarşısında duran vəzifələri qeyd edib.