Bazar ertəsi, 29 İyul 2024 14:11

Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb

İyulun 27-də iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları müəssisənin fəaliyyəti ilə tanış olublar.

Caspian Energy Media İqtisadiyyat nazirliyinə istinadla xəbər verir ki, dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılıb. “AzerBlast” MMC-nin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə bu sahə üzrə ixtisaslaşmış özəl şirkət “DM Servis” MMC-yə məxsusdur.

Daha ətraflı

Read 323 times