Bazar ertəsi, 29 İyul 2024 17:35

Tacikistan Respublikasının Prezidenti ilə BMT baş katibinin müavini arasında görüş keçirilib

İyulun 29-da Tacikistan Respublikası Prezidenti Emoməli Rəhmon Prezident sarayında Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin Baş Assambleya və Konfransların idarə olunması üzrə müavini Movses Abelyanı qəbul edib.

Caspian Energy Media Tacikistan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Tacikistan və BMT arasında çoxşaxəli əməkdaşlıq məsələləri, o cümlədən su və iqlim məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da səmərəli dialoq aparıblar.

Daha ətraflı

 

Read 108 times