Çərşənbə, 31 İyul 2024 12:18

“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən Azərbaycanda iki yeni data mərkəzinin tikintisi ilə bağlı hazırlıq işlərinə start verilib. Tikiləcək data mərkəzləri üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəxalq keyfiyyət standartlarını müəyyən edən “TİER 3 Design” sertifikatı alınıb.

Caspian Energy Media xəbər verir ki, bu barədə “AzInTelecom”un rəsmi saytı məlumat yayıb.

ABŞ-nin “Uptime Institute” təşkilatı tərəfindən verilən sertifikat etibarlı məlumat mübadiləsi, dayanıqlılıq və fasiləsiz xidmət baxımından beynəlxalq nüfuzlu sertifikat hesab olunur.

Daha ətraflı

Read 372 times