Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib.
Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir.
Caspian Energy Media Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, bu fəth Aşurlının səkkizinci səkkizminlik zirvəsidir. İdmançı Dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.
Qeyd edək ki, alpinistimiz daha əvvəl, iyulun 10-da Nanqa Parbat zirvəsinə də süni oksigendən istifadə etmədən qalxmışdı.