Cümə axşamı, 01 Avqust 2024 10:27

Çempionlar Liqası: "Qarabağ"ın ikinci rəqibi müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasının 2024/25 mövsümündəki ikinci rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Lüdoqorets”lə qarşılaşacaq.

Caspian Energy Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”la “Lüdoqorets” arasında ilk oyun avqustun 6-da Bakıda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Ayın 13-də Bolqarıstanda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.

Read 280 times