Çərşənbə axşamı, 06 Avqust 2024 15:41

“Paris-2024”: Mariya Stadnik 1/4 finalda məğlub olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Caspian Energy Media Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə  istinadla xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısının budəfəki rəqibi monqolustanlı Otqonjarqal Dolqoryav olub.

Görüş 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Dolqoryav finala çıxsa, güləşçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Read 135 times Last modified on Çərşənbə axşamı, 06 Avqust 2024 12:22