Çərşənbə, 07 Avqust 2024 11:45

ABŞ bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.

EIA-nın “Avqust 2024 Qısamüddətli Enerji Görünüşü Hesabatı”na görə, son dövrlərdə olan düşüşə baxmayaraq, qlobal neft ehtiyatlarının azalması səbəbindən bu ilin ikinci yarısında neft qiymətlərinin artacağı gözlənilir.

Qlobal neft ehtiyatlarının ilin birinci yarısında gündə təxminən 400 min barel, ikinci yarısında isə təxminən 800 min barel azalacağı təxmin edilir.

Məlumata görə, ehtiyatların azalması qismən OPEC və OPEC-ə daxil olmayan bəzi hasilat ölkələrindən ibarət OPEC+ qrupunun hasilatın azaldılması ilə bağlıdır.

Müvafiq olaraq, bu il Brent markalı neftin orta barel qiymətinin 84,44 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 86,37 dollar olaraq qiymətləndirilmişdi.

West Texas Intermediate (WTI) xam neftinin orta barel qiymətinin 80,21 dollar civarında olacağı gözlənilir. Sözügedən rəqəm keçən ay 82,03 dollar olaraq hesablanıb.

EIA gələn il üçün Brent tipli xam neftin barel qiymətini 85,71 dollara, WTI markalı xam neftin qiymətini isə 81,21 dollara qədər aşağı salıb.

Yaxın aylarda proqnozlaşdırılan qiymət artımına baxmayaraq, 2025-ci il üçün orta qiymət proqnozları əsasən neft istehlakının gözlənilən azalması səbəbindən aşağı salınıb.

 

Read 251 times