Çərşənbə, 07 Avqust 2024 14:37

Paris-2024: Güləşçimiz 1/4 finala vəsiqə qazandı

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.

Caspian Energy Media Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə  istinadla xəbər verir ki,  bu gün yunan-Roma güləşi uzrə yarışlarda mübarizə aparan daha bir idmançımız - Sənan Süleymanov (77 kq) xalça üzərinə çıxıb.

1/8 final mərhələsindən yarışlara start verən idmançımızın ilk rəqibi Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyan olub.

Görüşün əvvəllərində zədələnməsinə baxmayaraq, idmançımız sona qədər əzmkarlıq göstərərək rəqibinə qalib gəlməyi bacarıb -0:2.

Beləliklə, idmançımız bu qələbə ilə 1/4 finala vəsiqə qazanıb.

Read 132 times