Cümə axşamı, 08 Avqust 2024 10:15

Azərbaycan taekvondoçusu Paris Olimpiadasında gümüş medal qazanıb

Azərbaycan "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti medalı qazanıb.

Caspian Energy Media AZƏRTAC-a istinadla  xəbər verir ki, bu dəfə fəxri kürsüyə taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) qalxıb.

Mübarizəyə 1/8 finaldan başlayan idmançımız ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub.

Finalda Cənubi koreyalı Park Taeçjunu sınağa çəkən Q.Maqomedov ilk hissədə ayağından ciddi zədə alıb. Görüşü davam etdirə bilməyən idmançımız yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bununla da Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu adını qazanıb, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Read 124 times