Cümə axşamı, 08 Avqust 2024 12:02

Taylor Swift-in Avstriyadakı konsertləri terror təhlükəsi səbəbindən ləğv edilib

Avstriya rəsmiləri terror aktı planlaşdırdıqları səbəbiylə iki nəfəri saxladıqdan sonra Taylor Swift-in paytaxt Vyanada üç konserti ləğv edilib.

Konsertlər Vyanadakı “Ernst Happel” Stadionunda cümə axşamı, cümə və şənbə günləri Teylor Sviftin Avropanı gəzən və son olaraq Almaniyaya səfər edən Eras turu çərçivəsində keçirilməli idi.

"Hökumət rəsmilərinin planlaşdırılan terror aktını təsdiqləməsi ilə əlaqədar olaraq... hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan üç şounu ləğv etməkdən başqa çarəmiz yoxdur", - tədbirin təşkilatçıları İnstaqramda bildiriblər.

Daha ətraflı

 

Read 122 times