Cümə axşamı, 08 Avqust 2024 14:51

Süni intellekt əsasında SMM platforması

Azərbaycanda süni intellekt əsasında formalaşdırılmış yeni bir startap məhsulu hazırlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu məhsula - süni intellekt əsasında veb səhifələrin dizaynı və hazırlanması üçün nəzərdə tutulan platformaya görə "Jİ Studio" MMC-yə “Startap” şəhadətnaməsi təqdim edib.

Caspian Energy Media KOBİA-ya istinadla xəbər verir ki, MMC-nin təsisçisi Məhərrəm Əliyev bildirib ki, “JIS.AI” xidməti ideyanın mahiyyətinin qeyd edilə biləcəyi avtomatik proqramdır. M.Əliyev əlavə edib ki, artıq 7000-dən çox istifadəçi “JIS.AI”dən istifadə edib. Gələcəyin personal marketinq köməkçisindən istifadə edənlər ödənişi ilk 100 cəhddən sonra edə bilərlər. Ödəniş paketlərə uyğun həyata keçirilir.

Daha ətraflı

Read 253 times