Cümə, 09 Avqust 2024 14:34

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Caspian Energy Media Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.

 

Read 135 times