Cümə, 09 Avqust 2024 16:20

Muxtar Babayev Avstraliya İttifaqının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteyc ilə görüşüb.

Caspian Energy Media nazirliyin mətbuad xidmətinə istinadla xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Read 283 times Last modified on Cümə, 09 Avqust 2024 13:17