Bazar ertəsi, 12 Avqust 2024 11:25

9 ildən sonra “Neftçi”dən ilk

“Neftçi” Misli Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb. Roman Qriqorçukun yetirmələri öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıb.

Caspian Energy Media Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, eyni komandanın startdakı iki turda heç-heçə etməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 2015/16 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - “Sumqayıt” və “Kəpəz” startda sülhləri sıralayıb.

Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb. “Neftçi” tarixində ilk dəfə mövsümə heç-heçələrlə başlayıb.

Read 105 times