Cümə axşamı, 15 Avqust 2024 10:18

Türkiyə-İraq Ortaq Planlaşdırma Qrupu Hazırlıq Yığıncağı keçirilib

Caspian Energy Media Türkiyə Xarici İşlər Nazirliyinin X hesabında edilən paylaşıma istinadla xəbər verir ki, Türkiyə-İraq Birgə Planlaşdırma Qrupunun Hazırlıq Toplantısının Ankarada Xarici İşlər Nazirinin müavini Nuh Yılmaz və iraqlı həmkarı Məhəmməd Hüseyn Bəhr-ul Ulumun həmsədrliyi ilə keçirildiyi bildirilib.

Yazıda deyilir ki, “Görüşdə iki ölkə arasında əlaqələrin institusionallaşdırılması üçün imzalanmış sazişlərin icra prosesi, Birgə Daimi Komitələrin fəaliyyəti və prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib”.

Read 38 times