Bazar ertəsi, 19 Avqust 2024 12:23

Pomidor ixracı 7 ayda 140 milyon dollara yaxın gəlir gətirib

2024-cü ilin 7 ayı ərzində (yanvar-iyun) Azərbaycandan 139 milyon 524 min dollar dəyərində 116 min 935 ton pomidor ixrac edilib.

Caspian Energy Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin 7 ayı ərzində 2023-cü ilin 7 ayı ilə müqayisədə Azərbaycandan pomidor ixracı dəyər ifadəsilə 15 milyon 357 min dollar və ya 12,4%, miqdar ifadəsilə 5 min 65 ton və ya 4,5% artıb.

2023-cü ilin 7 ayında Azərbaycandan 124 milyon 1667 min dollar dəyərində 111 min 871 ton pomidor ixrac edilmişdi.

Read 95 times