Bazar ertəsi, 19 Avqust 2024 14:45

AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Caspian Energy media AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “ÇFR Kluj” (Rumıniya) – “Pafos” (Kipr) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 22-də Kluj-Napoka şəhərində yerləşən “ÇFR Kluj” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Read 123 times