Cümə axşamı, 22 Avqust 2024 10:48

Bu ilin yanvar-iyul ayları ərzində 207.669 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2024-cü ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

"Caspian Energy Media" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % azdır.

7 aylıq göstəricinin 33 572-si (16,1 %) ilkin, 174 097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşüb.

2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində - 33.395, mənzil üzərində - 46.933, torpaq sahəsi – 120.079, qeyri-yaşayış binası – 1.921, qeyri-yaşayış sahəsi – 4.863, əmlak kompleksi - 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54.558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-iyul ayları ərzində 154.905 texniki pasport tərtib edilib, 41.226 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Read 257 times