Çərşənbə axşamı, 10 Sentyabr 2024 12:36

Ekofəalların Ankaradan Bakıya velosipedlə COP29 yürüşü başlayıb

Dünya ictimaiyyətinin diqqətini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasının (COP29) əhəmiyyətinə cəlb etmək üçün ekofəallardan ibarət 40 nəfərlik qrup velosipedlə Ankaradan Azərbaycana yola düşüb.

“Caspian Energy Media” xəbər verir ki, Ankaranın Ulus rayonundakı “Zəfər” heykəli qarşısında jurnalistlərlə söhbətində ekofəallar keçirilən aksiyanın Parisdən başladığını və son mənzilin Bakı olduğunu bildiriblər.

Read 49 times Last modified on Çərşənbə axşamı, 10 Sentyabr 2024 08:47