Cümə axşamı, 19 Sentyabr 2024 14:13

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

15-16 noyabr 2024-cü il tarixlərində COP29 çərçivəsində Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək. Forum, iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

Qeyd edək ki, iki günlük forumda Mərkəzi Asiyadakı bərpa olunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 11 times