Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT Baş Assambleyasının 79-cu sessiyasının Yüksək Səviyyəli Həftəsinin tədbirlərində iştirak etmək üçün sentyabrın 21-24-də Nyu-Yorka (ABŞ) işgüzar səfər edəcək.
Bu barədə "Caspian Energy Media" Qırğızıstan Prezidentinin rəsmi internet saytına istinadən xəbər verir.