Bazar ertəsi, 23 Sentyabr 2024 17:19

Azərbaycan lüks turizm imkanları Qazaxıstanda təbliğ edilib

Azərbaycan Turizm Bürosu 18-20 sentyabr tarixlərində Qazaxıstanın Astana və Almatı şəhərlərində “Luxury Travel Mart” tədbiri çərçivəsində ölkəmizin lüks turizm məhsullarının təqdimatı ilə çıxış edib.

“Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, iştirakçılar ölkəmizin qış idman növləri, mədəni turizm, sağlamlıq təklifləri və turizm təcrübələri barədə məlumatlandırılıblar.

Daha ətraflı

Read 233 times