Çərşənbə, 02 Oktyabr 2024 15:31

Londonda Qurban Qurbanovla görüş keçirilib

Böyük Britaniyanın paytaxtı Londonda “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib.

Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri, kikboksinq üzrə Dünya və Avropa çempionu Hafiz Baxşəliyev tanınmış futbol mütəxəssisi Qurban Qurbanova onun portretini hədiyyə edib. Rəsmin müəllifi Londonda yaşayan azərbaycanlı rəssam Gülnarə Abilovadır. Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 102 times