Cümə, 11 Oktyabr 2024 15:29

Gənclər və idman naziri dünya çempionu ilə görüşüb

Oktyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

"Caspian Energy Media" xəbər verir ki, görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb. 

Read 48 times